Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi dönər və dönərxanalarla bağlı maarifləndirmə işini davam etdirir. Foodinfo.az xəbər verir ki, bu istiqamətdə videoçarxlar və çap materialları hazırlanır, media orqanlarında məlumatlar yayımlanır. 

Dönər hazırlayarkən riayət edilməli olan məsələlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dönərxana qida təhlükəsizliyi qeydiyyatından, istifadə olunan ət isə baytarlıq nəzarətindən keçirilməlidir. Belə obyektlərdə çalışan işçi heyətin ilkin və dövri tibbi müayinədən keçməsi təmin edilməlidir. Həmçinin dönərxanalarda sanitar-gigiyenik tələblər gözlənilməli, inqrediyentlər uyğun temperaturda (souslar soyuq rejimdə) saxlanılmalı, dönər əti tam bişirilməli, çiy və ya yarımçiy qalmamalıdır.

Qeyd edək ki, Agentlik vətəndaşları ictimai nəzarəti gücləndirməyə, hər hansı uyğunsuzluq və ya xoşagəlməz hallar olduqda, “1003-Çağrı Mərkəzi”nə bu barədə məlumat verməyə və dövlətə bu sahədə dəstək göstərməyə dəvət edir.