
Parisdə UNESCO-nun Baş Qərargahında Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatı (EPPO) Şurasının 75-ci Sessiyası keçirilib. Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı Vəfa Rüstəmova iştirak edib.
Bu barədə Foodinfo.az-a AQTA-dan məlumat verilib.
Sessiyada 2024-cü ilə dair illik fəaliyyət və maliyyə hesabatı təqdim edilib, cari ildə görülən işlər, o cümlədən layihələr nəzərdən keçirilib. Fitosanitar Qaydalar üzrə İşçi Qrupun hesabatı təqdim olunub, yeni standartların qəbulu müzakirə edilib. Sessiyada EPPO-nun 2026-2030-cu illəri əhatə edən Strategiyası qəbul edilib, növbəti illərə dair fəaliyyət proqramı və tədbirlər planı təsdiqlənib.
Sessiyanın nəticələri ölkəmizdə yeni beynəlxalq fitosanitar standartların tətbiqi və bu sahədə əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
