Oyun dünyasında yeni texnologiya möcüzəsi peyda olub: "Microsoft" şirkəti "Xbox" üçün pizza qoxulu coystiklər istehsal edəcək.

Foodinfo.az xəbər verir ki, bu unikal aksessuar yeni çıxacaq "Teenage Mutant Ninja Turtles: Mutant Mayhem" üçün reklam kampaniyası çərçivəsində yaradılıb.

"Microsoft" şirkətinin hazırladığı xüsusi "Xbox" coystiklərinin arxa hissəsinə pizza dilimi şəklində bərkidilmiş aroma diffuzoru var. Ümumilikdə dörd variant təqdim olunub.

Lakin bu coystikləri yalnız xüsusi oyunda qalib olduqda əldə etmək olar, bu o deməkdir ki, biz onları "Ninja Tısbağaları"nın fanatlarının evində qonaq olarkən görüb qoxusunu hiss etməyəcəyik.

Nurlan