Hazırda planetimizdə insanlar ümumilikdə 7100-dən çox dildə danışırlar. Onların demək olar ki, 40%-i yox olma təhlükəsi altındadır. Bəs hansı dili ən qədim adlandırmaq olar?

Foodinfo.az bildiri ki, dilçi Denni Hiberin sözlərinə görə, bu sual həm sadədir, həm də mürəkkəb.

Hansı dilin ən qədim olması sualını həm sadə, həm də mürəkkəb adlandırmaq olar. Bunu dilçi Denni Heber deyir. 

Təəssüf ki, dünyadakı bütün dillərin mümkün əcdadının mövcudluğunu hazırda sübut etmək mümkün deyil. Bu səbəbdən bəzi dilçilər hesab edirlər ki, ilk yazı dili ən qədim dil adlandırılmalıdır. Belə dillərə misal olaraq şumer və akkad dillərini göstərmək olar. Onların yaşı azı 4600 ildir. Eynisini Misir dili haqqında da demək olar. 

Arxeoloqlar ümumiyyətlə bu üç dilin ən qədim yazılı dillər olması ilə bağlı həmfikirdirlər.