Şirin qarğıdalı lopaları, şokoladlı halqalar və digər hazır səhər yeməkləri gündəlik istifadə üçün uyğun hesab edilmir. Mütəxəssislər bildirirlər ki, bu məhsulların tez-tez qəbulu sağlamlıq üçün müəyyən risklər yarada bilər.

Foodinfo.az aif.ru saytına istinadla xəbər verir ki, dietoloq-endokrinoloq Anton Polyakov belə məhsulların əslində desert kateqoriyasına aid olduğunu bildirib. Onun sözlərinə görə, yüksək şəkər tərkibli səhər yeməkləri müntəzəm istifadə zamanı artıq çəkiyə və şəkərli diabet riskinin artmasına səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, südlə qarışdırılan şokoladlı toplar, şirin lopalar və oxşar məhsullar faydalı qida hesab edilmir. O, səhər yeməyi üçün daha sağlam seçim kimi şəkərsiz və tam taxıldan hazırlanan sıyıqları tövsiyə edib.

Dietoloqun fikrincə, su ilə bişirilən tam taxıllı sıyıqlar, təbii məhsullar və az şəkərli qidalar həm toxluq hissini daha uzun saxlayır, həm də orqanizmin enerji balansına müsbət təsir göstərir.