
Son illərdə sürətli pəhrizlər və qəfil kilo itkisi mövzusu gündəmdə olsa da, həkimlər xəbərdarlıq edirlər ki, sağlam arıqlamaq yalnız çəki itirmək deyil, həm də orqanizmin balansını qorumaq deməkdir.
Foodinfo.az sağlam arıqlamağın əsas prinsipləri təqdim edir:
– Yavaş və davamlı kilo itkisi: Həftədə 0,5–1 kq arıqlamaq ən ideal temp sayılır. Sürətli arıqlama əzələ itkisinə və maddələr mübadiləsinin zəifləməsinə səbəb olur.
– Balanslı qidalanma: Pəhrizdə zülal, sağlam yağlar, lif və vitamin-minerallarla zəngin qidalar yer almalıdır. Qida qruplarından hər hansı birini tamamilə çıxarmaq sağlamlıq üçün təhlükəlidir.
– Maya və su balansı: Gün ərzində kifayət qədər su içmək həm maddələr mübadiləsini sürətləndirir, həm də aclıq hissini azaldır.
– Fiziki aktivlik: Daimi idman və hərəkət əzələləri gücləndirir, yağların daha sağlam şəkildə azalmasına kömək edir.
– Psixoloji balans: Stress və yuxu çatışmazlığı arıqlamanın qarşısını ala bilər. Sağlam həyat tərzi kilo vermə prosesində əsas rol oynayır.
Mütəxəssislər vurğulayır ki, sağlam arıqlama qısamüddətli nəticə deyil, uzunmüddətli vərdiş dəyişikliyi deməkdir. Məqsəd yalnız çəkini azaltmaq yox, eyni zamanda sağlamlığı qorumaqdır.