
Yemək zamanı dinlənilən musiqi növü iştahımıza və yediyimiz miqdara birbaşa təsir edə bilər. Bu, elmi araşdırmalarla da sübut olunub.
Foodinfo.az xəbər verir ki, musiqinin ritmi, səsi və emosional tonu beyin və bədən arasında əlaqəyə təsir edir.
1. Sürətli və ritmik musiqi (məsələn, pop, elektron, rok) yemək tempini artırır, insan daha sürətli yeyir. Sürətli yemək doyma hissini gecikdirir, bu da lazım olduğundan daha çox yeməyə səbəb olur.
Restoranlar bəzən müştərinin tez yeyib çıxması üçün bu musiqi növlərindən istifadə edir.
2. Yavaş və sakit musiqi (klassik, instrumental, lo-fi) yemək tempini azaldır, insan qidasını daha diqqətlə və yavaş yeyir. Yavaş yemək toxluq hissini artırır və kalori qəbulunu azaldır. Daha zövqlü və balanslı yemək təcrübəsi yaşanır.
3. Melankolik və kədərli musiqilər bəzi insanlar üçün emosional yeməyi (duygusal yeme) təşviq edə bilər. Kədərli musiqi stress və narahatlıq hissini artırırsa, iştah artımı və şirniyyatlara meyil ola bilər.
Eyni zamanda, bəzi insanlar belə halda iştah itirə də bilər.
4. Yüksək səsli musiqi yeməyə fokuslanmanı azaldır, daha sürətli yeməyə və nə yediyini hiss etməməyə səbəb olur. Aşağı səsli musiqi isə rahatlıq yaradır, yeməyə diqqət artır və doyma siqnallarını daha yaxşı anlamağa imkan verir.
Əgər sağlam qidalanma və porsiya nəzarətinə diqqət edirsinizsə, sakit mühitdə, rahat musiqi fonunda yemək yemək tövsiyə olunur.