Gilasın tumunu yemək zərərlidir, çünki onun tərkibində amilqdalin adlı maddə var. Foodinfo.az xəbər verir ki, bu maddə orqanizmdə sianid turşusuna çevrilir və böyük miqdarda qəbul edildikdə zəhərlənməyə səbəb olur.  

Gilas tumu kiçik miqdarda udulduqda ciddi problem yaratmaya bilər, çünki tumun sərt qabığı həzmi çətinləşdirir və çox vaxt bütöv halda orqanizmdən xaric olur.  

Lakin çeynənmiş və ya əzilmiş halda yeyildikdə zəhərli təsiri artır.

Böyük miqdarda qəbul edildikdə başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı, hətta huşun itməsi kimi zəhərlənmə əlamətləri yarana bilər.    

Təsadüfən bir-iki tum udularsa, bu çox da təhlükəli hesab olunmur. Amma onları çeynəmək və ya çox miqdarda qəbul etmək zəhərlənmə riski daşıyır. Ən yaxşısı, gilasın tumunu yeməkdən çəkinməkdir.