Son illər sürətli arıqlama və “ideal bədən” vədləri ilə məşhurlaşan pəhrizlərə maraq artsa da, mütəxəssislər xəbərdarlıq edir ki, məşhur pəhrizlərə uzun müddət və mütəxəssis nəzarəti olmadan riayət etmək sağlamlıq üçün təhlükə yarada bilər.

Foodinfo.az xəbər verir ki, çox vaxt sosial mediada populyarlaşan pəhrizlər insanların fərdi ehtiyaclarına uyğun olmur və orqanizmin tələb etdiyi zülal, vitamin, mineral və yağ balansını poza bilir. Bu isə enerji çatışmazlığı, hormonal problemlər, həzm pozğunluqları, başgicəllənmə, əzələ itkisi kimi fəsadlara səbəb olur.

Xüsusilə karbohidratsız, tək qidalı və kəskin kalori məhdudiyyətli pəhrizlər uzun müddət tətbiq edildikdə metabolizmi ləngidir, bədəndə vitamin-mineral çatışmazlığı yaradır və psixoloji olaraq da insanı yorur.

Arıqlamaq istəyənlər mütləq dietoloqla məsləhətləşməli, fərdi sağlamlıq vəziyyəti, yaş, həyat tərzi və tələbatına uyğun qidalanma planı hazırlamalıdır. Fərdin özbaşına apardığı uzunmüddətli pəhrizlər gözlənilən əks təsirlərə səbəb ola və sağlamlıq üçün risk daşıya bilər.