Son günlər sosial şəbəkələrdə kahının sirkə ilə yuyulmasının bakteriyaları artırdığına dair iddialar müzakirələrə səbəb olub. Mütəxəssislər isə bu məlumatın doğru olmadığını bildirirlər.
Qida təhlükəsizliyi üzrə ekspertlərin sözlərinə görə, sirkə bakteriyaları artırmır, əksinə bəzi mikroorqanizmlərin çoxalmasını zəiflədir. Lakin sirkənin təsiri məhduddur və o, salmonella və E.coli kimi riskli bakteriyaları tam məhv etmir.
Araşdırmalara əsasən, sirkəli su ilə yumaq bakteriyaların cəmi 10–20 faizini azaldır. Bu səbəbdən sirkə tək başına tam təhlükəsiz hesab edilmir.
Kahının daha düzgün şəkildə təmizlənməsi üçün aşağıdakı qaydaları tövsiyə edilməlidir:
– Yarpaqları bir-bir ayırmaq
– Bol axar su ilə yumaq
– 1 litr suya 1 xörək qaşığı duz və ya soda əlavə edib 5–10 dəqiqə saxlayıb yenidən durulamaq






