Bu gün müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.
Foodinfo.az xəbər verir ki, anım günü ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin və tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun kollektivi Fəxri xiyabanı ziyarət ediblər. Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.






