Qəhvə narkotik deyil, lakin onun daimi istifadəsi asılılıq yarada bilər və artıq bu ətirli içkidən bir-iki fincan içmək səhər və ya gecə əhvalınızı yüksəltməyə kömək etməyəcək. Sağlam bir insan üçün isə təhlükəsiz gündəlik kofein dozası cəmi 250-300 mq-dır (yəni maksimum iki fincan). 

 Foodinfo.az xəbər verir ki, Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Fundamental tibb fənləri kafedrasının müəllimi, cərrah Aleksandr Umnov qəhvə dozasını aşdıqda nələrin baş verə biləcəyi haqqında danışıb.

Onun sözlərinə görə, qəhvənin həddindən artıq istehlakı diurezi (müəyyən vaxt ərzində əmələ gələn sidiyin həcmini) artırır, nəticədə dehidrasiya (bədənin susuzlaşması), kalsium və maqnezium itkisi baş verə bilər ki, bu da ürək-damar və sinir sistemlərinə mənfi təsir göstərir (epilepsiya, panik atak, aritmiya riski artır).

"Üstəlik, hətta latte və kapuçino da eyni nəticələrə səbəb ola bilər, çünki bu içkilərdə qəhvənin tündlüyü qalır. Həmçinin, aşağı keyfiyyətli qəhvənin tərkibində xolesterinin və aşağı sıxlıqlı lipoproteinlərin artmasına səbəb olan əlavələr ola bilər ki, bu da damarların aterosklerozu riskini artırır”, - deyə həkim izah edib.

Qəhvənin uzun müddət və daimi istifadəsi zamanı ayaqlarda şişkinlik yarana bilər, çünki damarların tonusu dəyişir, mayenin axması pozulur - maye toxumalarda yığıldığı üçün ödəm ehtimalı yaranır.

Damarlarda qan yığılması səbəbindən varikoz genişlənməsi də yarana bilər. Hamilə qadınlarda isə qəhvədən daimi istifadə hətta açılışa (uşaqsalmaya) səbəb ola bilər.