
Bədənin formasını saxlamaq üçün daim özünü aclığa məhkum etmək lazım deyil. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, Almaty.tv-nin məlumatına görə, əsas qayda – az kalorili, lakin qida dəyəri yüksək olan yeməkləri seçməkdir.
Mütəxəssislər deyirlər ki, tərəvəz, meyvə və göyərti liflə zəngindir. Bu maddə insana toxluq hissi verir, amma bədənə artıq kalori yükləmir.
Zülalın əhəmiyyəti xüsusi vurğulanır. Toyuq əti, balıq, yumurta və kəsmik insanı doyurur, eyni zamanda əzələləri qoruyaraq maddələr mübadiləsini sürətləndirir.
Qidalanmada vaxt rejiminə əməl etmək də vacibdir: tez-tez, amma az-az yemək artıq yüklənmənin qarşısını alır və bədənə fayda verir.
Həkimlər su içməyin də rolunu qeyd edirlər. Çox vaxt aclıq hissi əslində susuzluq olur. Buna görə qəlyanaltı etməzdən öncə bir stəkan su içmək tövsiyə edilir.
Digər faydalı vərdiş isə yeməyi asta-asta yeməkdir. Qidanı yaxşı çeynədikdə beyin vaxtında toxluq siqnalı alır və artıq yemək aradan qalxır.
Beləliklə, bədənin formasını qorumağın əsas yolu düzgün yemək seçimi, az porsiyalar və sağlam vərdişlərdir. İnsanın çox yeməsi mümkündür, amma seçim sağlam qidalar üzərində olmalıdır.