Bir çox insan xurma çəyirdəklərini atır. Amma bu böyük bir səhvdir. Çünki xurma çəyirdəyi əslində çox faydalı bir qidadır. 

Foodinfo.az xəbər verir ki, xurma toxumlarının faydaları saysız-hesabsızdır. Lif, vitamin və minerallarla zəngin olan xurma çəyirdəyi həzm sistemini tənzimləyir, immunitet sistemini gücləndirir və enerji səviyyəsini artırır. Bundan əlavə, antioksidan xüsusiyyətləri sayəsində bədəni sərbəst radikalların zərərli təsirlərindən qoruyur. 

Xurma toxumu qaraciyər və böyrəklərin qorunmasına töhfə verərək toksinlərin atılmasına kömək edir. 

Böyrək daşı problemlərinə müsbət təsir göstərən xurma toxumundan öd kisəsi daşlarının müalicəsində də istifadə edilir. 

Ürək sağlamlığını dəstəkləməsi ilə də tanınan xurma çəyirdəyi qan şəkəri və diabet kimi xəstəliklərin müalicəsinə də kömək edir. 

Viral infeksiyaların müalicəsində və qarşısının alınmasında mühüm rol oynayır. 

Bundan əlavə, xurma toxumları antioksidantlarla zəngin olduğundan dəri xəstəlikləri müalicəsində çox effektlidir.

Odur ki, xurma toxumlarını atmaq yerinə, ondan müxtəlif cür istifadə edə bilərsiniz.