Turşu təzə meyvə və tərəvəzləri duzlu suda müəyyən konsentrasiyalarda saxlamaq və mayalanma yolu ilə mövsümdən kənarda uzun müddət sabit saxlamaq üçün hazırlanan qidadır.

Foodinfo.az bildirir ki, turşu hazırlayarkən diqqət edilməli olan ən vacib məqamlardan biri duzlu su üçün istifadə edilən duzun miqdarıdır. Lazım olduğundan az duz istifadə olunduqda arzuolunmaz və zərərli mikroorqanizmlər əmələ gəlir və tərəvəzlərdə yumşalma müşahidə olunur. 

Duzlu suya əlavə edilən meyvə və tərəvəzlərə sirkə əlavə etmək, turşular mayalanarkən istənməyən mikroorqanizmlərin əmələ gəlməsinin qarşısını alır.

Turşular qaranlıq və sərin bir mühitdə 18-20 °C temperaturda 4-6 həftə saxlanmalıdır.

Xüsusilə istifadə edilən tərəvəzlərin əzilməməsinə və rənginin dəyişməməsinə diqqət edilməlidir.

Turşuların hazırlanmasında istifadə olunan su içməli su olmalıdır.  

Turşu hazırlamaq üçün istifadə olunan qablar yaxşı təmizlənməlidir və uzun müddət istifadə edilən plastik butulkaların istifadəsi arzuolunmaz nəticələrə səbəb olacağından diqqətli olmaq lazımdır. Ona görə də şüşə qablardan istifadə etmək daha məqsədəuyğundur.

Fermentasiyaya buraxılmış turşunun hava ilə təmasının qarşısı alınmalı, qapağı möhkəm bağlayıb oksigenin varlığında yaşayan mikroorqanizmlərin inkişafına mane olmalı.

Turşularda zaman keçdikcə rast gəlinən ümumi qüsur turşunun üstündə ağ təbəqənin əmələ gəlməsidir, bunun səbəbi duzun müvafiq konsentrasiyalarda əlavə edilməməsi və müəyyən edilmiş temperaturda saxlanılmamasıdır.