Dietoloq Marqarita Koroleva, pəhriz zamanı qida müxtəlifliyindən istifadənin zəruriliyindən danışıb.. Ekspertin fikrincə, duz istehlakı orta səviyyədə olmalıdır.

Foodinfo.az xəbər verir ki, mütəxəssis NSN-ə müsahibəsində qeyd edib ki, düzgün pəhriz zamanı qan təzyiqi, ürək və sinir sisteminin fəaliyyəti normallaşır.

Onun sözlərinə görə, meyvə, tərəvəz, göyərti, quru meyvələr, qoz-fındıq və badımcan, göbələk, paxlalılar, taxıl və dəniz məhsulları zülal mənbəyi kimi istifadə oluna bilər.

Müxtəliflik, aşağı kalorili qida və idarə olunan miqdarda duz sayəsində arıqlamağa nail ola və sağlam fiziki forma qazana bilərsiniz.

Nurlan