Bir çox problemlərə yaxşı təsir edən mixək bədən müqavimətini artırır. Ancaq çaya əlavə olunduqda faydasını ikiqat artırır. 

Foodinfo.az çaya atılan mixəyin faydalarını təqdim edir:

- Antioksidan: Tərkibində yüksək miqdarda antioksidant olan mixək bədəndəki sərbəst radikallarla mübarizə aparır, hüceyrələrin zədələnməsini azaldır və xərçəngə qarşı qoruyur.

- Ağrı kəsici: Çaya 2-3 ədəd əlavə etdikdə bədəndəki ağrıları aradan qaldırır. Xüsusilə diş ağrısı, baş ağrısı və əzələ ağrısı kimi şikayətlərə mixək yaxşı təsir edir.

- Ağız sağlamlığı: Tərkibindəki komponentlər sayəsində antibakterial xüsusiyyətlərə malik olan mixək başda ağız sağlamlığı olmaqla orqanizmi müxtəlif infeksiyalara qarşı qoruyur.

- Həzm problemləri: Çaya əlavə edilən mixək ürəkbulanma, həzmsizlik və qaz kimi bağırsaq və mədə şikayətlərinə də yaxşı təsir göstərir.

- Diş ağrısı: Mixək ağızdakı yaraları sağaldır və diş əti xəstəliklərindən qoruyur. Ağrı kəsici xüsusiyyəti sayəsində diş ağrısını aradan qaldırır.

- Arıqlamağa kömək edir: Maddələr mübadiləsini sürətləndirən xüsusiyyəti sayəsində yağların yandırılmasını asanlaşdırır və arıqlamağa kömək edir.

- Stress: Aromaterapiya tətbiqlərində tez-tez seçilən mixək stressi azaltmağa kömək edir.

- Yaxşı yuxu: Sakitləşdirici xüsusiyyətləri sayəsində mixəkli çay yaxşı yuxuya getməyinizə kömək edir və eyni zamanda bədən müqavimətini artırır.

- Xroniki xəstəliklər: Bədəndən toksinlərin atılmasını asanlaşdıran mixək eyni zamanda orqanizmi xroniki xəstəliklərdən də qoruyur.