Bayrama ən ciddi hazırlıq mətbəxdə gedir, müxtəlif şirniyyatlar hazırlanır, şəkərbura, paxlava, qoğal bişirilir. Bundan başqa, bayram süfrəsinin meyvələri, qoz-fındığı ilə yanaşı, plov, dolma kimi yeməkləri, salatları olur.
Aztibb.az xəbər verir ki, diyetoloq Leyla Zülfüqarlının sözlərinə görə, adətətn süfrəyə oturan insanlar bütün yeməkləri eyni vaxtda dadmağa çalışır: "Qazlı sular, salatlarla bərabər qəbul olunan plov və dolma, üzərindən şəkərbura və paxlavalı çay, meyvə, ardından çərəzlər... Bu qədər yüksək kalorili yemək və şirniyyatın qəbulu ilə özümüzə hansı pisliyi etmiş oluruq?"
Ekspert qeyd edib ki, insanlar bilməlidirlər ki, 1 ədəd şəkərburanın kalorisi 600-650 kaloridir. Bir porsiya plovun da kalorisi eynən bu qədərdir. Plov yeyərkən ən azı insanlar bunun ağır yemək olduğunu bilir, ancaq qoğal, şəkərbura, paxlavaya qətiyyən məhdudiyyət qoymurlar, ölçüsüz qəbul edirlər. Hər çay içəndə paxlava, şəkərbura yeyilir”.
Dietoloq onu da vurğulayıb ki, yemək və çay öyünlərini qarışdırmaq olmaz: “Şəkərbura ilə çay içmək elə bir öyün yeməyə bərabərdir. Ona görə də, bunu yeməyin ardınca yox, ara öyünlərdə qəbul etmək daha doğru olar. Ümumiyyətlə, yemək mədəniyyəti baxımından yağlı yeməklərin yanında çay içmək doğru deyil. Ən önəmli məsələ isə ölçünü itirməməkdir. Əgər az miqdarda şirniyyat qəbul etsələr, zaman keçdikcə onu yandırmaq da olar. Əsas problem ölçüdədir. Paxlava və şorqoğal da hərəsi 700 kaloridir. Yəni Novruz ağır karbohidratlı qidalar bayramıdır. İnsanlarımız nəzərə almalıdırlar ki, bayram bir gün deyil, günlərlədir.
"Yaxşı olar ki, şirniyyatları səhər qəhvəaltısında yemək olar, axşam 8-dən sonra isə şirniyyat qəbul etməmək məsələhətdir. Bu zaman müxtəlif salatlardan yemək olar. Şirniyyat günün birinci yarısında yeyilməlidir. Bayram süfrəsində şirniyyatlarla yanaşı, meyvə də aşırı dərəcədə qəbul olunur. İnsanlarımız bilməlidir ki, meyvələrin də tərkibində şəkər var. Hətta qoz-fındıq da eyni vaxtda yeyilir. Bununla da şəkər yükü ilə mədəaltı vəzi bombardman etmiş oluruq.
Çərəzlərə gəlincə, gündəlik normaya görə, hər birindən bir ovuc yemək olar. Çərəzləri də qarışdırmaq olmaz. Bir gün qoz, bir gün fındıq, bir gün badam qəbul etmək olar. Onları qarışdırdıqda kalori çoxalır, ona görə insanlar bayramda kökəlirlər. Artıq insanlar çəki artımını öncədən nəzərə alırlar. Ancaq normal qidalanmaqla artıq çəki almaqdan da qurtula bilərik”.
Dietoloqun əlavə edib ki, bu deyilənlərə əmək etməklə, sevimli Novruz bayramını sağlığımıza zərər vermədən qeyd edə bilərik. Lakin ölçünü nəzərə almasaq, bayram bizim üçün təhlükəli gələcək.
Novruz günləri diyetoloqdan sağlam qidalanma tövsiyələri
20 Mart, 12:40
Oxşar xəbərlər
Quşüzümünün iltihab əleyhinə xüsusiyyətləri
19 Mart, 22:30
Pəhriz zamanı qida müxtəlifliyi lazımdır
19 Mart, 21:26
Sahurda bu qidaları yemək tövsiyə edilmir
19 Mart, 17:10
Hazır bulyonların hansı zərərləri var?
19 Mart, 14:15
Həftədə neçə dəfə qırmızı ət yemək olar?
19 Mart, 12:45
Hansı qidalarda çoxlu maqnezium var?
19 Mart, 10:44
Xəbər lenti
Sağlam olmaq üçün yemək texnikası
20 May, 09:00
Pivədən 10 nəfər öldü
19 May, 13:58
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
19 May, 12:49
Gecələr bir neçə dəfə tualetə getmək...
19 May, 11:20
Səhər sıyıq yemək zərərlidir
19 May, 10:40
Bu kartofu yemək təhlükəlidir
18 May, 15:30
Avrora Qrup "Açıq qapı" elan edir
18 May, 13:35
Qəbizliyi dərhal aradan qaldıran tərəvəz
18 May, 13:03
Ürəyi dərmansız gücləndirməyin yolu
18 May, 11:59
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
18 May, 10:11
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın
18 May, 10:08
İmtahandan əvvəl yaddaşı gücləndirən qidalar
18 May, 09:56
15 dəqiqə ərzində qan şəkərinin səviyyəsini aşağı salır
17 May, 22:41
Fasiləli aclığı dayandırmalı olduğunuz üç mühüm əlamət
17 May, 20:44
Limon dilimlərini dondurun - 6 MƏSLƏHƏT
17 May, 18:43
Həkim təhlükəli kulinariya səhvlərindən danışıb
17 May, 18:00
D vitaminini qorumaq üçün yumurtanı necə saxlamaq olar?
17 May, 17:19
Qaraciyərin sağlamlığını yaxşılaşdıran 8 qida
17 May, 16:43
Qida anbarına işçi tələb olunur - Vakansiya
17 May, 16:00
Haqqımızda
Foodinfo.az Azərbaycanın ilk qida xəbərləri portalıdır. Foodinfo.az 2018-ci ilin yanvar ayında fəaliyyətə başlayıb. Burada sağlam və zərərli qidalar, halal qidalar, dieta qaydaları, marketlər, marketlərdən ideal alış-veriş qaydaları, restoranlar, keyfiyyətə nəzarət və s. barədə özəl xəbərlər, məqalələr oxuyacaqsınız.
- Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev 4/9
- [email protected]
- (+994 50) 330 28 20
Ən çox oxunanlar
Bu dadlandırıcı bağırsaqlarınıza zərər verə bilər
13 May, 09:00
İnsanların ölümdən əvvəl itirdiyi ilk hiss
13 May, 10:06
Niyə yaşıl lobya yemək lazımdır?
13 May, 10:44
Kökəlmənizə səbəb olan məşhur qəlyanaltılar
13 May, 11:17
Hər gün badam yesəniz nə olar?
13 May, 13:17