Yeni il süfrəsindən "əlinə keçəni" yemək həzmsizlik və mədə ağrılarına səbəb ola bilər. 

Foodinfo.az xəbər verir ki, diyetoloq Marina Makişa yeməkləri müəyyən qaydada yeməyi tövsiyə edib.

"Əvvəl bir az tərəvəz, sonra yağsız balıq tikələri, kiçik pors fermentləşdirilmiş qidalardan başlamaq və daha sonra digər yeməklərə keçmək məsləhətdir", - deyə mütəxəssis tövsiyə edib.

Beləliklə, ilk növbədə çoxlu lif ehtiva edən tərəvəzlər və göyərtilər yeyilməlidir. Diyetoloqun sözlərinə görə, onlar həzm sistemini stimullaşdırır və kifayət qədər az miqdarda kalori ilə toxluq yaradır. Buna görə də, Yeni il şənliyinə təxminən 200-300 qram tərəvəz ilə (tərəvəz salatı ilə) başlamaq daha yaxşıdır. 

Sonra az miqdarda yeyilən yağsız ət və balıq həzmi yaxşılaşdırmaqda kömək edəcək. Süfrədə turşu kələm və ya pomidorun olması da bəyənilir. Bu məhsullar fermentləşdirilmişdir və həzmi yaxşılaşdıran probiotik bakteriyaları ehtiva edir.