Karkade, qırmızı Məkkəgülü çayını çoxları təzyiq salıcı çay kimi tanıyır. Amma bu çayın stresə də yaxşı təsir etdiyi bildirilir.

Həkimlər həm ürək-damar problemi olanlara, həm də stresli vəziyyətlərdə karkade çayı içməyi tövsiyə edir.

Bu çiçəkdə antosian adlı maddə damarların keçiriciliyini artırır, möhkəmlədir.

Stress zamanı damarlar spazmdan daralır və qan dövran pozulur, çox insanların təzyiqi qalxır.

Karkadedə olan orqanik turşular damarlardakı artıq yağı əridir, xolesterinin qarşısını alır, beynin metobolizmini yaxşılaşdırır, xroniki yorğunluğu aradan qaldırır.

Təzyiqi aşağı olanlara bu çay olmaz.

Qırmızı çay orqanizmi şlak və toksinlərdən təmizləyir, həzm sistemini aktivləşdirir, qanda şəkəri salır, böyrəkləri təmizləyir.

Çayı böyüklər və 10 yaşdan yuxarı uşaqlar içə bilər.

Hamilələr ehtiyatlı olsun.