Əsrlər boyu gözəl bir içki hesab edilən limonlu çay çox faydalıdır. Foodinfo.az xəbər verir ki, müasir tədqiqatlar onun yalnız sağlamlığımız üçün dəyərini bir daha təsdiqləyir.

Belə ki, çay və limonun tərkibindəki antioksidantlar qan damarlarında xolesterinin yığılması ilə mübarizə aparır, qan dövranını yaxşılaşdırır. Limonun tərkibindəki C vitamini immunitet sistemini stimullaşdırır. Limonlu çay mədə şirəsinin ifrazını stimullaşdıraraq mədə və bağırsaqların fəaliyyətinə müsbət təsir edir.

İlıq limonlu çay içmək xüsusilə soyuq havalarda bədənin su səviyyəsini saxlamağa kömək edir.

Leyla