Araşdırmalara görə, sənaye üsulu ilə istehsal olunan trans yağların gündə 2,2 qramdan çox istehlak edilməsi ürək-damar xəstəliklərindən ölüm riskini 20-32% artırır.

Foodinfo.az xəbər verir ki, küçə qidaları arasında trans yağlar ən çox pizza, panini, dönər, falafel, kruvasan və tortlardadır; mağaza məhsulları arasında - tortlar, peçenyelər, südlü desertlər, dondurma, dondurulmuş qidalar, marqarin, pendir və emal edilmiş ətlərdə.

ÜST araşdırmalarına görə, trans yağlar və ya trans yağ turşuları sənaye və ya təbii mənbələrdən gələn doymamış yağ turşularıdır. Dünyada hər il 278 mindən çox ölüm sənaye üsulu ilə istehsal olunan trans yağların istehlakı ilə əlaqələndirilə bilər. Onlar damarları bağlayır, infarkt və ölüm riskini artırır.