Bir çox insanlar çörəyin yalnız sağlamlıq problemlərinə səbəb olduğunu düşünməyə öyrəşiblər. Ancaq buna baxmayaraq, məktəbə və ya işə gecikdiyiniz zaman sendviç hazırlamaq ən asandır.

Səhər yeməyini yalnız həzm və çəki üçün deyil, həm də ürək və qan damarları üçün necə faydalı etmək olar?

Foodinfo.az xəbər verir ki, sendviçləri sağlam, dadlı və hətta gözəl etmək asandır. Ənənəvi yağ və ya pendirə daha çox tərəvəz, meyvə və göyərti əlavə etsəniz daha sağlam olacaq

Məsələn, avokado, pomidor, toyuq filesi və ya balıq ilə, yaxud kəsmik və giləmeyvə ilə sendviçlər ideal seçim ola bilər.

Leyla