Yemə-içmə vərdişlərindəki yanlışlar ağız yaralarına səbəb olur. “Fast-food”a üstünlük verməyin ağız boşluğunda bakteriyaların artmasına səbəb olduğu bildirilir.

Bakteriyalar diş ətinin dibində, yanaq içində, dodaqlarda və dildə yaralara səbəb olur. Bunlar adətən ağ, sarı, qırmızı və hətta bəzi hallarda boz rəngdə görünür. Bu cür yaralar yeməyi çətinləşdirir, adi su içərkən belə ağrıya səbəb ola bilir.

Stress, narahatlıq, müxtəlif tibbi vəziyyətlər, infeksiyalar, uyğun olmayan protezlər və plomblar da ağız yaralarına səbəb ola bilər. Həmçinin, ağız yaraları B12 vitamini çatışmazlığının əlaməti kimi də bilinir.

Mütəxəssislər bu xoralardan xilas olmaq üçün 3 təbii üsulu açıqlayıblar.

Foodinfo.az Medicina.az-a istinadən həmin üsulları təqdim edir:

Mixək

Mixəyin bakteriyaları öldürdüyü məlumdur. Mixək təkcə ağız yaralarını deyil, mədə xoralarını da azaldır. Bunun üçün xüsusi nə isə hazırlamağa ehtiyac yoxdur, bir neçə ədəd mixəyi çeynəmək kifayətdir.

Bal

Bildiyimiz kimi, bal antibakterial xüsusiyyətlərə malikdir. Odur ki, ağızda yara olanda onların üzərinə bal çəkin. Bir digər üsul da bir qaşıq balı ən az 5 dəqiqə udmadan ağızda saxlamaqdır. Sonra həmin balı tüpürmək lazımdır. Prosedurdan sonra ən az yarım saat heç nə yeyib-içməyin. Şişkinliyin və ağrının azaldığını hiss edənə qədər bu proseduru hər gün 2 dəfə təkrarlamağa davam edin.

Xaşxaş toxumu

Çiy xaşxaş toxumu qədim zamanlardan astma və öskürək kimi müxtəlif xəstəliklərlə mübarizə aparmaq üçün istehlak edilib. O, həmçinin ağız yaraları üçün təsirli vasitə hesab olunub. Xaşxaş toxumu bədənin istiliyini azaldır, yaraları yüngülləşdirir.

Bir neçə ədəd toxumu balla qarışdırıb istehlak edə bilərsiniz.