Məsləhətçi diyetoloq, ANO Elmi Tədqiqat Mərkəzinin “Sağlam Qidalanma” direktor müavini Aleksey Kabanov maqneziumla zəngin qidalardan danışıb.
Foodinfo.az xəbər verir ki, kspert Gazeta.Ru-ya müsahibəsində bildirib ki,  ispanaq, kahı, o cümlədən dəniz yosunu, avokado, banan, xurma, quru gavalı, xurma kimi yarpaqlı tərəvəzlər maqneziumla zəngindir.

Mütəxəssisin qeyd etdiyi kimi, qoz-fındıq, günəbaxan tumları və paxlalı bitkilərdə də çoxlu maqnezium var.

Kabanovun sözlərinə görə, bitki mənşəli qidaların az istehlakı ilə biz lazım olan mineralların çatışmazlığına səbəb olur, zərərli qidalara olan həvəsi artırırıq.

"Nəticədə biz bilmədən şirin qidalara söykənirik, şəkər istehlakı normasını ciddi şəkildə aşırıq ki, bu da ürək-damar xəstəlikləri, şəkərli diabet və piylənmə riskinin artmasına səbəb olur" deyə dietoloq əalvə edib.