2023-cü ilin əvvəlindən Rosselxoznadzorun Şimali Qafqaz Regionlararası İdarəsi Stavropol diyarına daxil olan 2557 ton təzə xurmanı yoxlayıb. Foodinfo.az xəbər verir ki, məhsullar Azərbaycan (2335 ton) və Gürcüstandan (222 ton) idxal edilib. Stavropol diyarına əsas xurma tədarükü oktyabrın 19-dan həyata keçirilib və bu günə qədər davam edir.

2022-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycan və Gürcüstandan təzə xurma idxalı 18% artıb (2022-ci ilin eyni dövründə 2112 ton qəbul edilib).

Xurmanın sonrakı satışına icazə verilməzdən əvvəl partiyalardan nümunələr götürülüb. Məhsullar fitosanitar vəziyyəti və təhlükəsizliyi müəyyən edildikdən sonra buraxılıb.

Leyla