Ədviyyatlar yeməklərə dad vermək üçün istifadə olunur. Hər bir ədviyyatın özünəməxsus və güclü təsiri olur.

Foodinfo.az xəbər verir ki, kişniş toxumu tam bir şəfa mənbəyidir və buna görə də bir çox dərdə dərmandır.

Meksika, Asiya və Yaxın Şərq mətbəxlərində tez-tez istifadə edilən bu ədviyyat qatıldığı hər yeməyə fərqli bir dad verir. Tərkibində A, C və K kimi vacib vitaminlər, həmçinin bir çox mineral var. Kalium, maqnezium və kalsium kimi güclü minerallar təqdim edən bu ədviyyat sağlamlığımız üçün tam bir şəfa mənbəyidir. Bir çox xəstəliklərin dərmanı olaraq sağlamlığımızı qoruyur. Yeməklərdə, şorbalarda və salatlarda istədiyiniz kimi istifadə edə bilərsiniz.

Keşniş sağlamlığımız üçün güclü faydalar təqdim edən ən müalicəvi otlardan biridir. Onun yarpaqları salatlarda, toxumları isə ədviyyat kimi istifadə olunur. 

Keşnişin ən əhəmiyyətli faydası immunitet sistemini gücləndirməsidir. Tərkibindəki A, B və C vitaminləri sayəsində immunitet sistemini gücləndirir. Bədən müqavimətini artıran keşnişi yeməklərinizə əlavə etməklə xəstəliklərə qarşı qalxan yarada bilərsiniz. 

Keşniş həm də həzmsizlik üçün ən təsirli otlardan biridir. O, həzm sistemini qoruyur və həmçinin ağız yaralarını müalicə edir. 

Qan təzyiqi səviyyələrini tarazlaşdıran keşniş müxtəlif ürək xəstəliklərinin qarşısını alaraq ürək sağlamlığını qoruyur.

Bədənimizdə yığılan ağır metalların və toksinlərin atılmasını da dəstəkləyir. 

Keşniş həm də beyin funksiyasını artıraraq yaddaşı gücləndirir.