Bu gün sizə təkcə görünüşü ilə deyil, həm də dadı və faydası ilə seçilən maraqlı bir resept təqdim edirik. Menyuda brokolidən hazırlanmış, içlik olaraq krem pendir və şampinyonlardan istifadə edilən rulet yer alır.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bu qəlyanaltı həm bayram süfrəsi, həm də gündəlik menyu üçün ideal seçimdir.

 


Lazım olan ərzaqlar:

  • Un – 3,5 xörək qaşığı

  • Yumurta – 4 ədəd

  • Brokoli – 300 q

  • Şampinyon göbələyi – 400 q

  • Soda – 0,5 çay qaşığı

  • Duz – zövqə görə

  • Əridilmiş “Viola” pendiri – 100 q

  • Xama – 1 xörək qaşığı

  • Soğan – 1 ədəd

  • Kərə yağı – az miqdarda

  • Qara istiot (üyüdülmüş) – zövqə görə

  • Bərk pendir – 70 q


Hazırlanması:

  1. Brokolini bişirib yumşaldın və blenderdə püre halına salın.

  2. Yumurtaları çalıb üzərinə duz, un və soda əlavə edin.

  3. Alınan qarışığa brokoli püresini qatıb yenidən blenderdən keçirin.

  4. Soba üçün kağızı yağlayın və yaşıl kütləni üzərinə yayın.

180 dərəcə temperaturda sobada 20 dəqiqə bişirin.


İçliyin hazırlanması:

  1. Göbələkləri xırda doğranmış soğanla birlikdə qızardın. Sonra blenderə köçürün, üzərinə sürtgəcdən keçirilmiş bərk pendiri, əridilmiş pendiri və xamanı əlavə edin. Duz və istiot vurub qarışdırın.

  2. Hazır içliyi bişmiş brokoli əsasının üzərinə yayın və ehtiyatla rulet formasında bükün.

  3. Qəlyanaltını 1–1,5 saat soyuducuda saxlayın.

  4. Süfrəyə verməzdən əvvəl dilimləyin.

Nəticədə həm sağlam, həm də süfrəni bəzəyəcək “yaşıl-yaşıl” ləzzətli rulet əldə edəcəksiniz.