Flinders Universitetinin yeni araşdırması Aralıq dənizi pəhrizinin ümumi sağlamlığa təsirini ortaya çıxarıb. Foodinfo.az xəbər verir ki, lif, sağlam yağlar, vitaminlər və amin turşuları da daxil olmaqla vacib qida komponentləri ilə zəngindir.

Alimlər ürək xəstəliyi riski yüksək olan iştirakçıların mikrobiomunu təhlil ediblər.

Məlum olub ki, bu cür pəhriz faydalı bakteriyaların sayını xeyli artırıb. Onlar qan təzyiqini aşağı salır və bağırsaq sağlamlığına müsbət təsir göstərir. Ürək-damar xəstəlikləri ilə əlaqəli zərərli bakteriyaların sayında da azalma olub.