Təzə sitrus meyvələrindən nümunələrin götürülməsi müvafiq tələblərə uyğun həyata keçirilir.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimata əsasən, eyni növlü və tipli (ölçülü) taralara qablaşdırılmış sitrus meyvələri partiyasından nəqliyyat vasitələrinin müxtəlif yerlərindən olmaqla (üst, orta və alt tərəflərdən) bağlama vahidləri götürülür. Belə ki, partiyada olan bağlama vahidlərinin sayı 100 ədədə qədər olduqda 3, 101-500 olduqda 5, 501-1000 olduqda 7, 1000-dən çox olduqda 7 və hər sonrakı 1000 bağlama vahidi üçün əlavə 2 bağlama vahidi seçilir. Götürülmüş bütün bağlama vahidlərindəki meyvələr ilkin nümunə hesab edilir və laborator analiz üçün yerində nümunə seçilir.