Süni şirniyyatların sağlamlığa təsiri düşündüyünüzdən daha təhlükəli ola bilər. Foodinfo.az bildirir ki, bu barədə diyetoloq İrina Petrova RİA Novosti-yə açıqlama verib. Mütəxəssisin sözlərinə görə, şəkərsiz konfet və içkilər bağırsaq mikroflorasını poza bilər.

Petrova qeyd edib ki, süni dadlandırıcılar həzmi zəiflədir və köp, qaz, diskomfort kimi əlamətlər yaradır. Onun fikrincə, uzun müddətli istifadə bağırsaq florasını dəyişərək metabolizm pozuntusuna səbəb ola bilər.

Həkim vurğulayıb ki, xüsusilə uşaqlar və yaşlı insanlar belə məhsullardan uzaq durmalıdır. Dietoloq tövsiyə edib ki, desert ehtiyacını təbii meyvə və qoz-fındıqla ödəmək daha faydalıdır. Foodinfo.az oxucularına sağlam və təbii qidalara üstünlük verməyi məsləhət görür.