Günəbaxan tumları təkcə qəlyanaltı üçün yox, sağlamlıq üçün də çox faydalıdır. Foodinfo.az bildirir ki, bu barədə qidalanma üzrə mütəxəssis Viktoriya Makarova Life.ru-ya açıqlama verib. Onun sözlərinə görə, tumlar ürək-damar sistemini gücləndirən E vitamini ilə zəngindir.

Makarova bildirib ki, günəbaxan tumları antioksidant təsiri ilə damarları qoruyur və xolesterin səviyyəsini tənzimləyir. O qeyd edib ki, bu tumlar həmçinin saç və dəri üçün də olduqca faydalıdır.

Mütəxəssis vurğulayıb ki, tumları qızardılmamış və duzsuz formada qəbul etmək daha sağlam seçimdir. Həkim əlavə edib ki, tumlar əhval-ruhiyyəni də yüksəldən maqnezium və sink mənbəyidir. Foodinfo.az oxucularına gün ərzində bir ovuc tum yeməyi tövsiyə edir.