Pendir zülal və kalsium mənbəyi olsa da, normadan artıq qəbul orqanizmə zərər verə bilər. Foodinfo.az bildirir ki, bu barədə dietoloq Anastasiya Vasilyeva Life.ru-ya açıqlamasında bildirib. Mütəxəssis deyib ki, pendirin tərkibində yüksək miqdarda duz və yağ var.

Vasilyeva qeyd edib ki, artıq pendir qəbulu böyrəklərdə yük yarada və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə hipertoniya və böyrək problemi olan insanlar üçün pendirin miqdarına diqqət yetirmək vacibdir.

Həkim əlavə edib ki, gün ərzində 30-50 qramdan artıq pendir yemək tövsiyə edilmir. Foodinfo.az oxucularına pendiri sağlam menyuda ölçülü şəkildə istifadə etməyi məsləhət görür.