
Təbii bitki çayları arasında moruq yarpağı çayı qadın sağlamlığı üçün xüsusilə əhəmiyyətlidir. Foodinfo.az xəbər verir ki, bu çay menstrual dövrü tənzimləməyə və sancıları yüngülləşdirməyə kömək edir. Moruq yarpağı tərkibindəki fragarin maddəsi ilə uşaqlıq əzələlərini gücləndirir və hormonal balansı dəstəkləyir.
Xüsusilə gənc qızlarda və klimaks dövründə olan qadınlarda rahatlaşdırıcı təsir göstərir. Bu çay həmçinin immun sistemini gücləndirir və C vitamini ilə zəngindir. Mütəxəssislər gün ərzində 1-2 stəkan moruq yarpağı çayının istifadəsini tövsiyə edir. Bitki yığımı düzgün və təmiz şəraitdə aparıldıqda maksimum təsir verir.
Çay susuzluğu yatırır, orqanizmi sakitləşdirir və yüngüllük hissi yaradır. Qadın sağlamlığı üçün təbii alternativlər axtaranlar üçün ideal seçimdir. Eyni zamanda hamiləliyə hazırlıq dövründə də tövsiyə olunur