Ev şəraitində tez və asan hazırlanan desert axtarırsınızsa, bu tort resepti sizin üçündür. Foodinfo.az bildirir ki, fransız aşpaz Manon Laqrève cəmi 45 dəqiqəyə hazırlanan qatıqlı tortun reseptini təqdim edib. Aşpaz bu tortu sadəliyi, yüngül quruluşu və incə dadı ilə seçilən ideal ev deserti adlandırır.

Reseptin maraqlı xüsusiyyəti ondadır ki, bütün inqrediyentlər qatıq qabı (125 qram) ilə ölçülür, bu da əlavə tərəziyə ehtiyacı aradan qaldırır.

Tərkibi:

1 banka yunan qatığı (125 q)

2 banka şəkər (250 q)

3 ədəd yumurta

1 banka zeytun yağı

3 banka un

1 xörək qaşığı qabartma tozu

1 çimdik duz

1 çay qaşığı vanil ekstraktı

Təzə giləmeyvə (moruq və ya yaban mersini)

Hazırlanması:

Qatıq, şəkər və yumurtanı birlikdə qaymaq kimi hal alınana qədər çalın.

Üzərinə zeytun yağı və vanil ekstraktı əlavə edin.

Unu qabartma tozu və duz ilə qarışdıraraq xəmrə əlavə edin.

Hazır xəmiri keks qəlibinə tökün və üzərinə giləmeyvə düzün.

Əvvəlcədən qızdırılmış sobada 180 dərəcədə 35 dəqiqə bişirin.

Tort bişdikdən sonra üzərinə azca şəkər tozu səpib rozmarin budağı ilə bəzəmək onu həm vizual, həm də dad baxımından daha cəlbedici edəcək. Bu resept sürətli şirniyyat hazırlamaq istəyənlər üçün əla seçimdir.