Hil həm mətbəxlərdə ədviyyat kimi, həm də xalq təbabətində şəfa məqsədilə istifadə olunan qiymətli bir bitkidir. 

Foodinfo.az xəbər verir ki, tərkibindəki efir yağları, antioksidantlar və minerallar sayəsində bir çox sistemə faydalı təsir göstərir. Ən çox həzm sistemini gücləndirməsi ilə tanınır: mədə turşusunu tarazlayır, qaz və şişkinliyi azaldır, yeməkdən sonra rahatlıq hissi yaradır.

Hil tənəffüs yollarını açır, öskürək və soyuqdəymə zamanı bəlğəmi azaldır. Eyni zamanda ağız qoxusunu aradan qaldırmaq üçün təbii bir vasitədir, bir neçə hil toxumu çeynəmək ağızı təravətləndirir.

Qan təzyiqini tənzimləməyə kömək edir, bəzi araşdırmalara görə hilin davamlı istifadəsi yüksək təzyiqi aşağı salır. Antioksidant təsiri ilə bədəni toksinlərdən təmizləyir, immun sistemi və ümumi sağlamlığı dəstəkləyir.

Hil həmçinin sakitləşdirici təsirə malikdir, aroması stressi azaldır və zehni rahatladır. Çay, düyü, süd və şirniyyatlara əlavə edilə bilər. 

Lakin gündəlik miqdarına diqqət edilməlidir, çox istifadəsi mədə turşusunu artıra və ya bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər.