Son zamanlar bəzi insanlar arasında “karbohidratsız qidalanma” (karbohidratları tamamilə azaltmaq və ya kəsmək) həyat tərzi yayılmağa başlayıb. Lakin mütəxəssislər bu yanaşmanın hər kəs üçün uyğun olmadığını bildirirlər.
Foodinfo.az xəbər verir ki, karbohidratlar orqanizmin əsas enerji mənbəyidir və xüsusilə beyin fəaliyyəti, diqqət və gündəlik hərəkət üçün vacib rol oynayır. Bu qida maddələri çörək, düyü, makaron, kartof, meyvə və tərəvəzlərdə geniş şəkildə mövcuddur.
Karbohidratların tamamilə qida rasionundan çıxarılması bəzi insanlarda halsızlıq, baş ağrısı, diqqət azalması və həzm problemlərinə səbəb ola bilər.
Bununla belə, həkimlər “karbohidratı kəsmək” əvəzinə daha sağlam seçimlərə üstünlük verməyi tövsiyə edirlər. Ağ çörək və şəkərli məhsulların yerinə tam taxıllı və lifli qidaların qəbul edilməsi daha faydalı hesab olunur.
Karbohidratsız həyat tərzi çox vaxt davamlı və sağlam seçim deyil, ən düzgün yanaşma isə balanslı və ölçülü qidalanmadır.






