
Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Həsənəliyev Seyfulla Rəvxan oğluna məxsus su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Belə ki, müəssisədə emal prosesində istifadə olunan filtrlər dəyişdirilmir və ya təmizlənmir, ehtiyat su çəni təmizlənmir. Laborator müayinələrin aparılması məqsədilə götürülmüş su nümunələrində koliform bakteriyaları, ümumi mikroorqanizmlərin sayının normadan çox olduğu aşkarlanıb, həmçinin kalsium, maqnezium, sulfat ionlarının miqdarının, ümumi codluğun, pH göstəricisinin etiket məlumatlarında qeyd olunan miqdarla uyğunluq təşkil etmədiyi müəyyən olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.


