
Azərbaycanda son sutkada koronavirus infeksiyasına
3 712 yeni yoluxma faktı qeydə alınıb,
1 359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada
35 nəfər “COVID-19”dan vəfat edib.
Hazırkı dövrədək Azərbaycanda
109 813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan
69 931 nəfər müalicə olunaraq sağalıb,
1 291 nəfər vəfat edib. Aktiv xəstə sayı
38 591 nəfərdir.
Ötən müddət ərzində
1 682 234 test aparılıb. Bugünkü test sayı isə
16 402-dir.