
Sumaq qədim zamanlardan həm ədviyyat, həm də dərman kimi istifadə olunan nadir bitkilərdəndir. Onun tərkibindəki antioksidantlar və təbii turşular sayəsində orqanizmdə mikroblara və iltihablara qarşı mübarizə güclənir.
Foodinfo.az sumağın əsas antiseptik faydalarını təqdim edir:
- Boğaz və ağız infeksiyalarına qarşı qoruyucu təsir göstərir.
- Bağırsaqlardakı zərərli bakteriyaları neytrallaşdırır.
- Soyuqdəymə və qrip zamanı dəmlənib içildikdə immuniteti dəstəkləyər.
- Diş əti və ağız yaralarına qarşı qarqara şəklində istifadə oluna bilər.
Bundan əlavə, sumaq iştahı artırır, həzm sistemini rahatlaşdırır və qida zəhərlənməsinin qarşısını almağa kömək edir.