"SpaceX" şirkəti təkrar istifadə edilə bilən "Falcon 9" raketinin köməyi ilə 13 hərbi peyki uğurla kosmosa buraxıb. 

 Foodinfo.az xəbər verir ki, bu barədə Kosmik İnkişaf Agentliyindən (SDA) bildirilib.

Belə ki, adı çəkilən raket, peykləri ilkin orbitə çıxarıb. Burada SDA sınaqlar keçirəcək və onların işini yoxladıqdan sonra 1000 km yüksəkliyə buraxacaq.

Peyklər raket buraxılışlarını aşkarlayaraq izləmək və "qlobal hərbi rabitə" təmin etmək məqsədi daşıyan "Proliferated Warfighter" proqramının bir hissəsidir. Proqramın məqsədi aşağı Yer orbitində peyklər qruplaşması yaratmaqdır.

SDA-nın direktoru Derek Turnear buraxılışın əhəmiyyətini qeyd edərək, onun qırıcılarla taktiki əlaqəni təmin etmək, görmə xəttindən kənara çıxmaq, raket hücumu barədə xəbərdarlıq etmək və raket izləmək bacarığını vurğulayıb.

Bu buraxılış hərbi peyk texnologiyasının inkişafı və onun imkanlarının artırılması istiqamətində irəliyə doğru atılan daha bir addımdır.