Bədəndə xroniki iltihab bir çox sağlamlıq problemlərinin əsas səbəblərindən biridir. Qidalanma isə iltihabın artmasına və ya azalmasına birbaşa təsir göstərir.

Foodinfo.az xəbər verir ki, bəzi qidalar orqanizmdə iltihab reaksiyasını gücləndirir. Xüsusilə şəkər və şəkərli məhsullar bu baxımdan risklidir. Bundan əlavə, fast-food, qızardılmış yeməklər və emal olunmuş qidalar da iltihabı artırır.

Bəzi insanlarda ağ çörək və yüksək emal olunmuş karbohidratlar da iltihab reaksiyasını artırır.

Ekspertlərin fikrincə, bəzi qidalar isə əksinə, iltihabı azaltmağa kömək edir. Xüsusilə Balıq (omega-3 yağ turşuları ilə zəngin olduğu üçün) bu baxımdan çox faydalıdır.

Bundan əlavə, zeytun yağı, qoz və müxtəlif tərəvəzlər də iltihabəleyhinə təsir göstərir. Xüsusilə yaşıl yarpaqlı tərəvəzlər və giləmeyvələr antioksidantlarla zəngindir.

Sağlam həyat tərzi üçün qidalanmada təbii və az işlənmiş məhsullara üstünlük verilməli, zərərli qidaların qəbulu isə minimuma endirilməlidir.