Popkorn çoxları üçün kinoteatrların, əyləncə məkanlarının və evdə film izləmənin ayrılmaz hissəsidir. Lakin mütəxəssislər bildirirlər ki, bu qəlyanaltının hazırlanma üsulundan asılı olaraq sağlamlığa zərərləri də ola bilər.

Foodinfo.az xəbər verir ki, ənənəvi şəkildə hazırlanan popkorn çoxlu yağ və duzla qarışdırıldıqda ürək-damar sağlamlığına ziyan vurur, təzyiqi yüksəldə və artıq çəkiyə səbəb ola bilər.

Marketlərdə satılan hazır popkornların tərkibində konservantlar, süni dadlandırıcılar və zərərli yağlar olur. Onların mütəmadi istifadəsi xolesterin artımı, həzm problemləri və mədə-bağırsaq xəstəlikləri riskini yüksəldir.

Həmçinin sərt qaralmış dənələr diş minasını zədələyə və diş qırılmalarına səbəb ola bilər.

Ev şəraitində az yağ və duzsuz, heç bir qatqı maddəsi əlavə olunmadan hazırlanmış popkorn daha təhlükəsiz sayılır.

Popkorn tamamilə zərərli deyil, lakin onun tərkibinə əlavə olunan yağ, duz və kimyəvi maddələr sağlamlıq üçün risk yarada bilər. Buna görə də, popkorndan həddən artıq istifadə etməkdən çəkinmək tövsiyə olunur.