A vitamini orqanizmin normal fəaliyyəti üçün həyati əhəmiyyət daşıyan, yağda həll olan bir vitamindir. Görmə, immun sisteminin gücləndirilməsi, dəri və hüceyrə yenilənməsi kimi mühüm funksiyalarda iştirak edir.

Foodinfo.az xəbər verir ki, A vitamini iki əsas formada olur:

1. Preform A vitamini heyvan mənşəli qidalarda (retinol)

2. Provitamin A bitki mənşəli qidalarda (beta-karotin) orqanizm tərəfindən A vitamininə çevrilir.

Heyvan mənşəli qidalarda A vitamini:

1. Mal və quzu qaraciyəri

Ən zəngin A vitamini mənbəyidir. Bir porsiya qaraciyər bir neçə günlük A vitamini ehtiyacını qarşılayır.

2. Yumurta sarısı

A vitamininin yaxşı mənbəyidir. Xüsusilə təbii yemlərlə qidalanan toyuqların yumurtası daha zəngin olur.

3. Süd və süd məhsulları

Süd, pendir, qatıq və kərə yağı müəyyən miqdarda A vitamini ehtiva edir.

4. Balıq yağı 

Təbii A vitamini ilə yanaşı D vitamini ilə də zəngindir.

5. Balıq əti (somon, skumbriya və s.)

A vitamini ilə yanaşı, omeqa-3 yağ turşuları da ehtiva edir.

Bitki mənşəli qidalarda Beta-Karotin (Provitamin A):

1. Yerkökü

Beta-karotinin ən tanınmış mənbələrindəndir. Rəngi nə qədər tünd olarsa, tərkibində bir o qədər çox A vitamini var.

2. Şirin kartof

Xüsusilə narıncı və bənövşəyi növləri A vitamini ilə zəngindir.

3. Balqabaq

Həm dadlı, həm də A vitamini və liflə zəngin bir tərəvəzdir.

4. Qırmızı bibər

C vitamini ilə yanaşı, beta-karotin də ehtiva edir.

5. Tünd yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, kələm, şalğam yarpağı və s.)

Gözə görünməsə də, bu tərəvəzlərdə çoxlu miqdarda beta-karotin var.

6. Manqo, qovun, ərik, portağal və digər sarı rəngli meyvələr də A vitamininin bitki mənbələridir.

A vitamini artıqlığı orqanizm üçün zərərlidir, xüsusilə əlavələr şəklində qəbul edildikdə. Gündəlik ehtiyac yetkin insan üçün təxminən 700–900 mikroqram civarındadır.

Təbii qidalardan əldə edilən A vitamini toksik deyil, lakin yüksək dozada əlavələr qaraciyər zədələnməsi və digər yan təsirlərə səbəb ola bilər.