
Dərini cavan və sağlam saxlamaq üçün bəzi təbii qidalar xüsusi əhəmiyyət daşıyır. Foodinfo.az bildirir ki, avokado tərkibindəki E vitamini ilə dərini qidalandırır və elastikliyini qoruyur. Yerkökü isə beta-karotenlə dərinin qoruyucu təbəqəsini gücləndirir. Pomidor likopinlə dərini ultrabənövşəyi şüalardan qoruyur.
Balıq növləri omeqa-3 yağ turşuları sayəsində dəridə iltihab proseslərinin qarşısını alır. Yaşıl çay antioksidantlarla dərini cavanlaşdırır və qırışların yaranmasını ləngidir. Badam və qoz dəri hüceyrələrinin bərpasını sürətləndirir. Göyərti və ispanaq A və C vitamini ilə dərini nəmləndirir.
Qarağat və böyürtkən sərbəst radikallara qarşı güclü müdafiə yaradır. Zeytun yağı dəriyə parlaqlıq və yumşaqlıq bəxş edir. Kəsmik isə dərini təravətləndirərək sərinləşdirir.