
Ədviyyatlar yalnız yeməklərə dad verməklə qalmır, həm də sağlamlıq üçün vacibdir. Foodinfo.az bildirir ki, zəncəfil güclü antibakterial və virus əleyhinə təsirə malikdir. Sarıkök orqanizmdə iltihabı azaldır və immuniteti möhkəmləndirir. Qara istiot tənəffüs yollarını açır və orqanizmi mikroblardan qoruyur.
Mixək ağız boşluğunda bakteriyaları məhv edir və soyuqdəymə əlamətlərini yüngülləşdirir. Darçın qanda şəkərin səviyyəsini tənzimləməklə yanaşı bədəni viruslardan müdafiə edir. Qırmızı bibər qan dövranını sürətləndirib orqanizmi təmizləyir. Razyana və kəklikotu nəfəs yollarını rahatlaşdırır.
Limon qabığı orqanizmdə detoks effekti yaradır. Ədviyyatları gündəlik istifadə etmək, xüsusən çay və yeməklərə əlavə etmək tövsiyə olunur. Soyuq havalarda bu vərdiş immunitet üçün daha faydalıdır. Ədviyyatların təbii olması xüsusi əhəmiyyət daşıyır.