
Azərbaycanda bu gün koronavirus infeksiyasına
2 735 yeni yoluxma faktı qeydə alınıb,
1 374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada
28 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
89 898 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
62 243 nəfər müalicə olunaraq sağalıb,
1 107 nəfər vəfat edib, aktiv xəstələrin sayı
26 548 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
16 220, ötən müddət ərzində isə ümumilikdə
1 592 280 test aparılıb.