
Azərbaycanda koronavirus infeksiyasına
4 124 yeni yoluxma faktı qeydə alınıb,
4 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada
38 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
191 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
127 064 nəfər müalicə olunaraq sağalıb,
2 088 nəfər vəfat edib, aktiv xəstə sayı
62 308 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
17 426, bu günə qədər isə ümumilikdə
2 016 003 test icra olunub.