Uşağın təhsildə və idmanda uğur qazanması üçün ona düzgün səhər yeməyi hazırlamaq lazımdır.

 Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq İnna Kononenko danışıb.

Onun sözlərinə görə, səhər yeməyinin tərkib hissələrindən biri tez həzm olunan zülal olmalıdır. O, bədənin böyüməsi və inkişafı üçün vacibdir. Məsələn, təxminən 19 qram zülaldan ibarət kəsmik və ya kəsmikli oladi uyğundur. Bundan əlavə, uşağa yumurta vermək də məsləhətdir..

Yumurta asan həzm olunan məhsuldur. Onun tərkibində sinir hüceyrələrimizin örtüyünün bir hissəsi olan lesitin var. Bu örtük nə qədər yaxşı olsa, sinir hüceyrələri bir o qədər tez bir-birinə siqnal ötürər, nəticədə yaddaş, diqqət, təfəkkür sürəti və hesablama qabiliyyətimiz bir o qədər yaxşı olar.

Həmçinin, səhərlər "uzun" karbohidratlar yemək faydalıdır. Onlar da zehni fəaliyyəti stimullaşdırır. Kononenko sıyığı əla seçim adlandırıb. Onu uşaq üçün lazım olan maksimum miqdarda vitamin ehtiva edən tam taxıllardan bişirmək lazımdır. Amma sıyıqdan bezmisinizsə, başqa seçim də edə bilərsiniz.

"Belə bir yemək var: paşot (suya qabıqsız atılıb qaynadılmış yumurta) bişiririk, üzərinə bir az avokado doğrayıb, küncüt səpirik. Yeri gəlmişkən, küncütü sıyığa da əlavə etmək olar. Küncütdə kalsium və maqnezium nisbəti yaxşı olduğu üçün asan həzm olunur", - deyə Kononenko izah edib.

Yeməklərə qoz da əlavə edə bilərsiniz, çünki onların tərkibində kalium, maqnezium və fosfor var. 

Səhər yeməyinə əlavə etmək dəb halını alan giləmeyvə və meyvələrdən isə imtina etmək yaxşıdır, çünki onlar orqanizmə şəkər yükünü artıra bilər. Bundan əlavə, onlar tez həzm olunur və uşaq nahara qədər acmış ola bilər və dözməyib dərs zamanı yeməkxanaya getmək istəyər.

Məktəbdə yemək üçün buterbrod qoymaq da yaxşı deyil, çünki quru qidalar yemək pis vərdişidir. Konteynerə pendirlə çerri pomidorları qoymaq daha yaxşıdır.