Bu gündən şagirdlər üçün yeni tədris ili başlayır. Foodinfo.az Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun məlumatlarına əsasən məktəblinin düzgün qidalanmasına dair tövsiyələri təqdim edir:

Səhər yeməyində sıyıqların yeyilməsi məsləhətdir. Naharda ət və ya toyuq bulyonunda bişirilmiş tərəvəzli, göyərtili şorbaların olması vacibdir.

Görmə itiliyi üçün: balıq, yerkökü, şirin bibər, pomidor, ərik, alma və s.

Sümük və əzələlərin inkişafı üçün: pendir, süd, kəsmik, balıq, lobya və s.

Beyinin funksiyası üçün: yumurta, düyü, yulaf, yağsız kəsmik və s.

Yaddaş üçün: yağsız mal əti, toyuq, sarı pendir, dəniz məhsulları və s.

Uşaq qidasında zülal-karbohidrat vəhdəti düzgün olmalıdır. Balanslaşdırılmış qidalanma uşaq orqanizmi üçün bütün vacib element və vitaminləri özündə birləşdirir.

Qida qəbulu arasındakı fasilə 4-5 saatdan az olmamalıdır.